29 
Apr
2024
17:08
61
142
4790
Virtual karabakh

Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ

29 Apr, 2024
17:08
4790

Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Narkomanların yuvasına çevrilməsi barədə görüntülərdə əks olunan ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb”.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O bildirib ki, orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ayrı-ayrı vaxtlarda 16 nəfər barəsində məsuliyyət tədbiri tətbiq olunub:

“Əraziyə naryad qrupu cəlb edilib, həmçinin ərazidə tüfeyli həyat tərzi keçirən şəxslərin yığışmaması və ətrafdakı sakinlərin narahatlığına səbəb olmaması üçün dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib. Bundan başqa tikiliyə kənar şəxslərin girişi tam məhdudlaşdırılıb. Həmçinin görüntülərdə əks olunan şprislər də köhnə tarixə aiddir”.

15:48

Bakıda bir çox tarixi tikililər nə təyinatı üzrə istifadə olunur, nə də aidiyyəti qurumlar tərəfindən qorunur.

Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən Hacı Əmrah hamamı belə tikililərdəndir.

1915-ci ildə inşa edilən Hacı Əmrah hamamı fəaliyyətini dayandırdıqdan sonra baxımsız vəziyyətdə qalıb.

Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatında olan tikili hazırda narkomanların yuvasına çevrilib.

PhotoStock.az binadan görüntüləri lentə alıb:

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri